Şahmat üzrə Dünya kuboku: Vasif Durarbəyli səkkizdəbir finalda heç-heçə edib

Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.

Trend xəbər verir ki, dünya kubokunda uğurla irəliləyən şahmatçımız Vasif Durarbəyli səkkizdəbir finalda dünyanın güclü şahmatçılarından biri olan hindistanlı Santoş Vidit ilə qarşılaşıb. Qarşılaşma heç-heçə başa çatıb.

Qeyd edək ki, dünya kubokunda iştirak edən 6 şahmatçımız (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Teqlər: