Şahmar Mövsümov vətəndaşlara çağırış etdi

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda koronavirusla bağlı karantin qaydaları qalmaqdadır və hər kəsi bu qaydalara riayət etməyə çağırıram.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, hər kəsin bu qaydalara riayət etməsi vacibdir: “Karantin rejimi ilə bağlı yumşaldılmalar həyata keçirilib, lakin qaydalar hələ də qalmaqdadır. Ara məsafəsi saxlamaq, qapalı məkanlarda tibbi maskadan istifadə etmək, gigiyenaya riayət etmək kimi qaydalar hələ də qalmaqdadır”.

Teqlər: