Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat
səlahiyyətlərinə xitam verilib.
AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Mərkəzi Seçki
Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.
Bildirilib ki, Ş.Seyidzadə səlahiyyətlərinə xitam verilməsi ilə
bağlı müraciət edib.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq təsdiq
edilib.