Şahin Rusiyada həbs edildi: evlərindən 44 milyon çıxdı

Şahin Rusiyada həbs edildi: evlərindən 44 milyon çıxdı

Dayanacaqda münaqişə zəminində 25 yaşlı bayker Kirill Kovalevi öldürməkdə təqsirləndirilən Şahin Abbasov iyunun 18-dək həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.

Prosesdə müstəntiq bildirib ki, Şahin və qardaşların polisdən gizlənmək üçün Rostov vilayətinə gedərkən daha bir neçə cinayət törədiblər, onlara daha sonra hüquqi qiymət veriləcək.

Hazırkı ittihamla Şahin və faciə yerində olan böyük qardaşını 20 ilədək həbs cəzası gözləyir. Yaxın vaxtlarda iş üzrə digər təqsirləndirilən şəxslər barəsində də həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Məhkəmədə məlum olub ki, Azərbaycan vətəndaşı Şahin Abbasov Rusiyada qeyri-rəsmi işləyirmiş.

“Şot” (Shot) Teleqram kanalının məlumatına görə, hazırda Abbasovların ayaqqabı biznesi yoxlanılır. İstintaq Komitəsinin məlumatına görə, Abbasovlar ailəsinin yaşadığı mənzildə külli miqdarda – 44 milyon rubl və 300 min dollardan çox pul aşkar edilib.

Teqlər: