Şahin Mustafayev özbəkistanlı həmkarı ilə görüşdü

Şahin Mustafayev özbəkistanlı həmkarı ilə görüşdü

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 24-də Özbəkistan Respublikası Baş nazirinin müavini – investisiyalar və xarici ticarət naziri, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cəmşid Xocayev ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin dostluq və ortaq mənəvi dəyərlər üzərində qurulduğu bildirilib, iki ölkənin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Azərbaycanla Özbəkistan arasında ali siyasi dialoqun və sıx təmasların mövcud olduğu məmnunluqla vurğulanıb. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin iyununda Özbəkistan Respublikasına baş tutmuş dövlət səfərinin əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycan-Özbəkistan əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivlərinə dair müzakirələr aparılıb.

Teqlər: