Şahin Mustafayev İran XİN rəhbəri ilə görüşüb (FOTO)

Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət
və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin
Mustafayev İrana səfəri çərçivəsində İran İslam Respublikasının
xarici işlər naziri Hüseyin Əmir Abdollahian ilə də görüşüb.

Azərbaycanın İrandakı səfirliyindən AzerTimes-a verilən məlumata
görə, ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından, iki
ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan artımdan
məmnunluq ifadə edən tərəflər, Azərbaycan Respublikası ilə İran
İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr
üzrə Dövlət Komissiyasının 15-ci iclasında əldə olunan
razılıqların, həmçinin İran İslam Respublikasının ərazisindən
keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu
ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya
bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun
icrasına tezliklə başlanmasının önəmini vurğulayıblar.

Görüşdə həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual
məsələləri üzrə fikir mübadiləsi aparılıb. İki ölkə arasında
iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə
əməkdaşlıq, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata
keçirilməsi təqdir olunub.

Trəflər, həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq
məsələlərini müzakirə ediblər.

Teqlər: