81 saylı Beyləqan seçki dairəsindən Milli Məclisin deputatı
Şahin İsmayılov Yeni Azərbaycan Partiyası Beyləqan rayon
təşkilatının sədri Müşfiq Səfərov ilə birlikdə fevralın 21-də
Beyləqan rayonu Heydər Əliyev Mərkəzində, fevralın 22-də isə
rayonun Təzəkənd kəndində seçicilərlə görüş keçirib.
Deputat görüşdə dairə üzrə seçiciləri narahat edən məsələləri
dinləmiş və nəzarətə götürmüşdür. Müxtəlif istiqamətləri əhatə edən
müraciətlərin bir qismi şifahi qaydada həll edilmiş, digər qismi
ilə bağlı aidiyyəti üzrə deputat sorğusu göndərilməsi üçün
məlumatlar toplanılmışdır. Müraciətlər əsasən işsizliyin aradan
qaldırılması, əlilliyin təyinatı, yolların asfalt örtüklə
döşənməsi, içməli və suvarma suyu ilə təminatla bağlı məsələləri
əhatə edirdi. Görüşlərdə 100-ə yaxın vətəndaşın fərdi və ümumi
müraciətləri dinlənilmişdir. Şəhidlərin xatirəsinə inşa edilmiş
bulaq, həmçinin Şəhid Əliheydər Məmmədov adına Təzəkənd kənd orta
məktəbi ziyarət edilmişdir. Görüşlərə rayon mərkəzindən və Təzəkənd
kəndindən başqa digər yaşayış məntəqələrindən də qatılanlar var
idi. Bundan başqa, öncədən olunan müraciətlər əsasında YAP-ın
qərargahında bir neçə vətəndaşla görüş keçirilmişdir.
Növbəti dəfə keçirilən görüşlərdə iştirak etmək istəyənlər 012
510 36 08, 050 277 95 36 nömrəli telefonlar vasitəsilə müraciət edə
bilərlər.