“Səbail” klubunun baş məşqçisi Şahin Diniyev postundan istefa verib.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, 58 yaşlı mütəxəssis qərarını Misli Premyer Liqasının XII turunda “Kəpəz”ə məğlubiyyətdən sonra açıqlayıb.
Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirilən “Kəpəz” – “Səbail” matçı Gəncə təmsilçisinin 1:0 hesabı qələbəsi ilə nəticələnib.