Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
AzerTimes əbər verir ki, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Masallı və Yardımlı rayon sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.