Sahildə meyiti tapılan körpənin nənəsi danışdı

Sahildə meyiti tapılan körpənin nənəsi danışdı

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində dəniz sahilində aşkarlanan yaşyarımlıq uşağa aid meyitin Zeynəb Yeşilə məxsus olduğu müəyyən edilib.

AzerTimes xəbər verir ki, meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.

Uşağın nənəsi Azadə Abdullayeva Baku TV-yə deyib ki, atası Z.Yeşili gəzməyə apardığını bildirib:

“Amma onları uzun müddət gözləsək də, gəlib çıxmadılar. Atası telefon zənglərimizə də cavab verməyib. Fikirləşdik ki, yəqin acıq edib uşağı dostunun yanına aparıb”.

Nənə ailəiçi söz-söhbətin olmadığını da vurğulayıb:

“Onun beynində nə olduğunu isə bilmirik”.

Qeyd edək ki, Z.Yeşil A.Abdullayevanın qızının övladıdır. Qızının əri isə türkdür. Onun sözlərinə görə, qızı Türkiyədə əri ilə dini, rəsmi nikaha girib.

Teqlər: