“Sahil” metrosunun önündəki səkilər niyə sökülür? – Foto

“Sahil” metrosunun önündəki səkilər niyə sökülür? – Foto

“Sahil” metrostansiyasının önündəki səkilər genişləndirilir.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, agentlik tərəfindən paytaxtın Bülbül prospektində piyada və mikromobillik vasitələrinin axını, eləcə də intensivliyi təhlil edilib.

Nəticələrə əsasən böyük piyada axını müşahidə edilən Sahil metrosunun qarşısında vətəndaşların rahatlığının təmin edilməsi, həmçinin axınların ayrılmasının təmin edilməsi üçün səkinin genişləndirilməsi qərara alınıb və bu istiqamətdə işlərə başlanılıb.

Teqlər: