Sahil Babayev Şeyx Əbdülün oğlunu işdən çıxardı

Sahil Babayev Şeyx Əbdülün oğlunu işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri xalq artistinin oğlunu işdən çıxarıb.

AzerTimes Manset.az-a istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi(kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifəsindən azad olunub.

O, məlumatı təsdiq edib:

“Elə şərait yaratdılar ki, mən də nazirin adına ərizə yazaraq işdən çıxdım. 16 ildir ki, nazirliyin müxtəlif strukturlarında bir sıra vəzifələrdə çalımışam”.

Qeyd edək ki, Babək Mahmudov xalq artisti Əbdül Mahmudovun (Şeyx Əbdül) oğludur.

Teqlər: