“Şahid”lərin üzərindən Ukrayna kartları çıxdı – Foto

“Şahid”lərin üzərindən Ukrayna kartları çıxdı – Foto

Rusiyanın vurulan “Şahid” PUA-larının üzərində Ukraynanın “Kiyevstar” mobil operatoruna aid sim-kartlar, modem və batareyalar aşkarlanıb.

AzerTimes xəbər verir ki, bu barədə OSİNT məlumat yayıb.

“Hərbi analitiklər Ukraynanın açıq mənbələrinə istinadən bildirirlər ki, rus ordusu “Şahid” PUA-larına nəzarət etmək, yerini müəyyənləşdirmək və uçuş trayektoriyasını dəyişdirmək üçün Ukraynanın “Kiyevstar” mobil operatoruna məxsus sim-kartlarından istifadə edir”, – məlumatdan bildirilib.

“Kiyevstar” məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edildiyini bildirib.

Teqlər: