“Şahid”lərin hissələrini İrana Ukrayna verib – Sensasiya

“Şahid”lərin hissələrini İrana Ukrayna verib – Sensasiya

Ukraynanın “Motor-Siç” şirkəti İranın “Şahid” və digər PUA-larının istehsalı ilə məşğul olan firmalarla əməkdaşlıq edib.

AzerTimes xəbər verir ki, bu barədə “Sxem” təşkilatının jurnalist-araşdırmaçıları tərəfindən məlumat yayılıb.

Məlumata görə, şirkət İrana ikiqat istifadə oluna bilən məhsullar, o cümlədən Aİ-9 və TV-117 aviasiya mühərrikləri satıb.

Bildirilib ki, bu modellər xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi Ka-52 helikopterlərinə quraşdırılır.

“Motor-Siç”in əməkdaşlıq etdiyi şirkətlərdən biri də “Şahid” PUA-larının hazırlandığı şirkət olub.

Sənədlər “Motor-Siç”in keçmiş prezidenti Vyaçevlav Boquslayevin kabinetində aparılan axtarış zamanı ortaya çıxıb.

Teqlər: