Rusiya hərbçiləri İran istehsalı “Şahid 136” PUA-larından Ukraynanın Sum şəhərindəki bir inzibati, iki hündürmərtəbəli binaya zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Sum regional hərbi idarəsi məlumat yayıb.
Zərbələr nəticəsində 2 nəfərin öldüyü, 19-nun isə yaralandığı deyilib.
Əhalinin təxliyəsi və yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.