İranın Ukrayna və digər ölkələrdə istifadə edilən “Şahid 136” kamikadze dronlarının hazırlanmasında rolu olan şirkətlərin adları məlum olub.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin ALMA araşdırma və təhsil mərkəzi araşdırmanın nəticəsini açıqlayıb.
Araşdırmaya əsasən, “Şahid”ləri “Chekad Sanat Faraz Asia”, “Daria Fanawar Burhan Sharif” şirkətləri hazırlayır.
Hər iki şirkətin İrana qarşı tətbiq olunan Qərb sanksiyalarının hədəfinə düşməmək üçün mütəmadi olaraq adlarını dəyişdiyi bildirilib.