Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların daha bir il dayandırılması təklif edilir.
AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklikdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılması təklif edilir.