Xəbər - Elçin Mehdiyev – Trend:
Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir.
AzerTimes-ın məlumatına görə, bununla əlaqədar məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsi də bu siyahıya daxil edilir.
Dəyişikliklər müzakrələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.