Sahibkarlara dəstək çərçivəsində bu ilin 9 ayında 1.152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib.
AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinın reallaşdırılması 1.800-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.