Sahibi olan mənzilləri digər vətəndaşlara satıblarmış…

Sahibi olan mənzilləri digər vətəndaşlara satıblarmış…

Avro Qrand MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib.

AzerTimes xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Avro Qrand Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla qeyd olunan hüquqi şəxsin təsisçisi və faktiki rəhbəri Xanlar Cəfərov, satış üzrə meneceri Xəzər Əliyev və sonuncunun tanışı Elgiz İsmayılovun qabaqcadan əlbir olaraq saxta sənədlər təqdim etməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasında faktiki sahibi olan mənzillərin dələduzluq yolu ilə təkrarən digər vətəndaşlara satılmasına nail olmalarına, bu yolla külli miqdarda pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Teqlər: