Sahibə Qafarovaya Avropadan məktub gəlməyib – MM

Sahibə Qafarovaya Avropadan məktub gəlməyib – MM

Milli Məclisin mətbuat xidməti Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya məktub ünvanlanması ilə bağlı məlumatlara münasibət bildirib.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, mətbuatda dərc olunan həmin məlumatlarla sosial media vasitəsilə tanış olublar:

“Lakin nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən ünvanlandığı bildirilən hansısa məktub Milli Məclisə daxil olmayıb. Belə bir rəsmi məktub tərəfimizdən qəbul edildiyi zaman, əlbəttə ki, bu məktuba müvafiq cavab veriləcək”.

Teqlər: