Sahibə Qafarova Türkiyədə nikah şahidi oldu – Foto

Sahibə Qafarova Türkiyədə nikah şahidi oldu – Foto

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun oğlunun nikah mərasimində şahid olub.

AzerTimes xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.

Qaziantep və Mardində baş verən qəzalarda çoxsaylı insan tələfatı səbəbindən nikah mərasimi sadə tərzdə keçirilib.

Sahibə Qafarova ilə yanaşı Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani, Şimali Kipr Türk Respublikasının Məclis sədri Zorlu Törə, Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay, keçmiş baş nazir Binəli Yıldırım, Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan nikahda şahid kimi iştirak ediblər.

Teqlər: