Sahibə Qafarova Türkiyə parlamentinə “Togg”la getdi

Sahibə Qafarova Türkiyə parlamentinə “Togg”la getdi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə parlamentinə yerli istehsallı “Togg” avtomobili ilə gedib.

AzerTimes Report-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Türk Dövlətləri Parlament Assembleyasının nümayəndələrini parlamentə “Togg”la aparıb.

S.Qafarova avtomobildən razılığını ifadə edib:

“Çox gözəl, çox rahatdır. Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah, bu maşınlar Azərbaycanda da olacaq”.

M.Şəntop isə vurğulayıb ki, “Togg” yaxın gələcəkdə hər yerdə olacaq: “Hər yerdə, o cümlədən Türk dövlətləri başda olmaqla, bütün dost və qardaş ölkələrdə ən qısa zamanda “Togg”dan istifadə olunacaq”.

Qeyd edək ki, “Togg” elektrikli avtomobillərinin seriya istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.

2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

Teqlər: