Sahibə Qafarova Simonyanla ikinci görüşündən danışdı

Sahibə Qafarova Simonyanla ikinci görüşündən danışdı

Milli Məclisin sədri Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb.

AzerTimes xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Sahibə Qafarova deyib ki, Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrlərinin ikinci görüşü keçirilib.

Görüşdə hər iki ölkənin parlamentlərinin sülh prosesinə necə töhfə verəcəyi ilə bağlı müzakirələr davam etdirilib.

Qeyd edək ki, 2024-cü il mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyanın ikinci görüşü keçirilib.

Teqlər: