Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop arasında görüş olub.
AzerTimes xəbər verir ki, bunu M.Şəntop Tvitterdə yazıb.
O bildirib ki, görüşdə qarşılıqlı əməkdaşlığı gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki. S.Qafarova Türkiyədə səfərdədir. O, Asiya Parlament Assambleyasının Türkiyənin Antalya şəhərində keçirilən XIII plenar iclasında iştirak edir.