Sahibə Qafarova Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin ildönümü münasibətilə paylaşım edib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının növbəti ildönümü münasibəti ilə öz “facebook” və “twitter” səhifələrində status yazıb.

Statusda deyilir: “Bu gün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. “Bir millət iki dövlət” şüarına əsaslanan və dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir!”

Teqlər: