“Şahdəniz” yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb

İstismar tarixindən bu il aprelin 1-dək “Şahdəniz” qaz və
kondensat yatağından hasil olunan qaz və kondensatın həcmi
açıqlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə SOCAR-ın birinci
vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən
Nəcəf feysbukda yazıb.

O bildirib ki, bu dövvrdə “Şahdəniz” yatağından 163,97 mlrd.
kubmetr qaz, 36,94 mln. ton kondensat hasil edilib.

Bu ilin birinci rübündə isə yataqdan qaz hasilatı 6,44 mlrd.
kubmetr, kondensat hasilatı isə 1,15 mln. ton olub.

Teqlər: