“Şahdəniz” yatağından hasil olunan qaz və kondensat satışından gəlirlər açıqlanıb

Xəbər - Fidan Babayeva – Trend:

2021-ci ilin yanvar-aprel aylarında “Şahdəniz” yatağından hasil edilmiş qaz və kondensat satışından əldə olunan gəlir 42,352 milyon dollar təşkil edib.

AzerTimes bu barədə Dövlət Neft Fonduna (SOFAZ) istinadən məlumat verir.

Qeyd olunur ki, 2007-ci ildən bugünədək SOFAZ-ın “Şahdəniz” qazının satışından gəliri ümumilikdə 3 milyard dollardan çox olub.


2020-ci ildə “Şahdəniz” yatağından hasil edilmiş qaz və kondensat satışından əldə olunan gəlir 293,9 milyon dollar təşkil etmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: