2022-ci ilin birinci rübündə “Şahdəniz” yatağı üzrə
fəaliyyətlərə təxminən 759 milyon dollar əməliyyat xərcləri və
təxminən 88 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin
böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
Trend bu barədə bp şirkətinə istinadən məlumat
verir.
2021-ci ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 688
milyon və 181 milyon dollar təşkil etmişdi. Beləliklə, il ərzində
əməliyat xərcləri 1,1 faiz, əsaslı xərclər isə 51,4 faiz
azalıb.
Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt
ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə)
bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı
alıcılara qaz çatdırılması davam edib.
Qeyd edək ki, “Şahdəniz” layihəsində iştirak payları aşağıdakı
kimidir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%),
SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%)