Şahdəniz layihəsi üzrə bu il daha 5 quyu istismara veriləcək

Mövcud Şahdəniz qurğularının hasilat gücü gündə 58 milyon standart kubmetrdən və ya ildə 21 milyard kubmetrdən çoxdur.

BP-dən AzerTimes-a verilən məlumata görə, hazırda layihə əsas diqqəti sualtı tikinti işlərinə və yeni cinahları işə salmaq üçün quyu proqramına yönəldərək hasilatı ən yüksək sabit səviyyəyə çatdırmaq istiqamətində irəliləyir. Ümumilikdə Şahdəniz 2 çərçivəsində 26 quyudan 21 quyu artıq qazılıb, 18 quyu isə tamamlanıb.


Bu quyulardan səkkizi hal-hazırda istismardadır və daha beşi dərinsulu sahədə yerləşən şərq-cənub cinahının işə salınması da daxil olmaqla 2021-ci ildə istismara veriləcək. Qalan iki cinah, yəni qərb-cənub və şərq-şimal cinahları stabil hasilat səviyyəsini dəstəkləmək üçün qarşıdan gələn illərdə işə salınacaq.

Teqlər: