“Şahdəniz 2” yatağından Aİ-yə qaz ixracının artması gözlənilir

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

2021-ci ildə “Şahdəniz 2” qaz-kondensat yatağından Avropa İttifaqı ölkələrinə ixracın 4-6 milyard kubmetr artacağı gözlənilir.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, ötən ilin noyabrında Trans-Adriatik boru kəmərinin (TAP) işə salınması ilə Azərbaycan təbii qazı Yunanıstana və Bolqarıstan sərhədinə, dekabrın 31-də isə İtaliyaya çatıb:


“2020-ci ilin 11 ayı ərzində Azərbaycanda qaz hasilatı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6 faizdən çox artıb. 2020-ci ilin ilk səkkiz ayı ərzində Türkiyəyə qaz ixracı 25 faiz artıb. Buna səbəb TANAP vasitəsilə tədarükün çoxalması olub. Sentyabr-oktaybr aylarında Azərbaycandan qaz tədarükü Rusiya qazının nəqli ilə bağlı rəqabətin çoxalması səbəbi ilə daha az tempdə, 6 faiz artıb”.

Teqlər: