“Şahdağ”da COVİD pasportları üçün vahid yoxlama məntəqəsi yaradılıb

Xəbər - Çingiz Səfərli – Trend:

“Şahdağ” Turizm Mərkəzinə gələn qonaqların COVID-19 pasportlarının yoxlanılması məqsədilə vahid yoxlama məntəqəsi yaradılıb.

Bu barədə AzerTimes-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

“Şahdağ” Turizm Mərkəzinin girişində yerləşən vahid yoxlama məntəqəsinin formalaşdırılmasında əsas məqsəd qonaqların yoxlamadan yalnız 1 dəfə keçərək kompleksdə yerləşən hotel və restoranlara rahat və maneəsiz girişini təmin etməkdir.


Turizm mərkəzinin girişində yaşı 18-dən yuxarı olan şəxslərin COVID-19 pasportu yoxlanılır, peyvənd pasportuna malik olmayan qonaqlardan COVID-19-a qarşı immunitet və ya əks göstəriş sertifikatı tələb olunur.

Qeyd edək ki, əcnəbi vətəndaşlar xaricdə onlara verilmiş COVID pasportlarından istifadə edə bilərlər.

Teqlər: