Şahdağa 30 sm qar yağıb

Martın 10-u saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə
yağış, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə
Trend
-ə Milli Hidrometeorologiya Xidmətinin məlumat
verilib.

Yağıntı Lerikdə 11.0 mm, Şabranda 6.0 mm, Sədərək, Gədəbəy,
Zaqatala, Xaltanda 2.0 mm, Ağdərə (Ordubad), Daşkəsən, Göygöl,
Şəmkir, Balakən, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Quba,
Qusar, Bərdə, Göyçay, Salyan, Neftçala, Ağsu, Maştağada 1.0 mm-dək
olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 30 sm, Qrızda 5 sm, Göygöldə 4
sm, Daşkəsəndə 3 sm, Xaltanda 1 sm olub.

Cənub-şərq küləyi arabir Gəncədə 24 m/s, Neftçala, Naftalanda 20
m/s, Ağdamda 18 m/s, Kəlvəzdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və
Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları
stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə
çatıb.

Teqlər: