Şahbuzda minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya Şöbəsinin şöbə müdiri Azər Məmmədov məlumat yayıb.
O bildirib ki, avqustun 11-i axsam saat 21:20 radələrində Şərur rayon sakini Bəxtiyar Soltanov bədən nahiyəsinin müxtəlif yerlərində xəsarətlərlə təcili tibbi yardım şöbəsinə daxil olub:
“Vəziyyəti hazırda ağır qiymətləndirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Hazırkı diaqnozu açıq kəllə beyin travması, qansızma, baş-beyin ağır dərəcədə əzilməsi ilə reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Hazırda vəziyyəti ağırdır”.