Şahbaz Şərif yenidən koronaya yoluxdu

Şahbaz Şərif yenidən koronaya yoluxdu

Pakistanın Baş naziri Şahbaz Şərif yenidən koronavirusa yoluxub.

Bu barədə Pakistanın informasiya və teleyayım naziri Məryəm Auranqzeb Tvitter səhifəsində yazıb.

“Son bir neçə gündə Şərif özünü yaxşı hiss etmirdi və COVİD-19 üçün test verdi. Nəticə müsbət çıxdı”, – Auranqzeb bildirib.

Qeyd edək ki, Ş. Şərif 2020-ci ilin iyununda və 2022-ci ilin yanvarında da koronavirusa yoluxmuşdu.

Teqlər: