Şahbaz Şərif Türkiyəyə gedir

Şahbaz Şərif Türkiyəyə gedir

Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 25-də Türkiyəyə iki günlük rəsmi səfərə gedəcək.

AzerTimes xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Şahbaz Şərif səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Liderlər ikitərəfli münasibətlərə dair geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparacaq, regiondakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər.

Şahbaz və Ərdoğan, həmçinin “PNS Khaibar” gəmisinin suya buraxılması mərasiminə qatılacaqlar.

Teqlər: