Pakistanın Baş naziri Şahbaz Şərif Hindistan hökumətini Məhəmməd Peyğəmbərin təhqir olunmasına etiraz edən müsəlmanlara göstərilən təzyiqə görə tənqid edib.
AzerTimes xəbər verir ki, bu barədə Şərif Tvitter hesabında yazıb.
O qeyd edib ki, Hindistan hakimiyyəti müsəlmanları cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatından daha da sıxışdırmağı planlaşdırır.
Qeyd edək ki, Uttar Pradeş ştatının müxtəlif ərazilərində keçirilən etiraz aksiyalarında iştirak edən 300-dən çox insan saxlanılıb.