Sahara səhrası su altında qaldı – Video

Sahara səhrası su altında qaldı – Video

Sahara səhrası onilliklər ərzində ilk dəfə qismən su altında qalıb.

AzerTimes xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.

“Mərakeş və Əlcəzairə yağan güclü yağışlar daşqınlara səbəb olub. Bir sıra rayonlarda sentyabr ayında iki gün ərzində yağıntının səviyyəsi illik orta göstəricini keçib. Daşqınlar səbəbindən 20-dən çox insan ölüb”, – məlumatda deyilir.

Mərakeşin Meteorologiya Baş İdarəsinin mütəxəssisi Hussin Yuabeb 30-50 ildir regionda bu qədər yağıntının olmadığını deyib.

Teqlər: