Şahanə Hacıyeva qızları idmanı atmayıb, #oyunadavam etməyə çağırdı (FOTO)

Azərbaycanda idmanla məşğul olan hər 2 qız uşağından biri yetkinlik yaşına çatdıqda idmanı tərk edir. Procter&Gamble Azərbaycan şirkətinin 18-35 yaşlı qadınlar arasında apardığı onlayn sorğudan bu nəticə əldə olunub.

Bu faktı uşaqlıqdan idmanın müxtəlif növləri ilə məşğul olan qızların məşqçiləri də təsdiqləyir. Cüdo üzrə məşqçi Fərid Ağakişiyev təəssüflə bildirir ki, idmana böyük həvəslə gələn, ümidlər vəd edən qız şagirdləri yetkinlik yaşına yaxınlaşdıqca müxtəlif səbəblərdən idmandan uzaqlaşırlar. “Qız uşaqlarının idmanla məşğul olması təkcə o demək deyil ki, onlar gələcəkdə mütləq peşəkar idmançı olmalıdırlar. Əlbəttə, biz məşqçilər bunu çox istərdik. Amma idman həm də qızların fərd kimi öz ayaqları üstündə, inamlı və güclü yetişmələrinə imkan verir” – məşqçi Fərid Ağakişiyev qeyd edir.

Sorğuda iştirak edən, uşaq yaşlarında idmanla məşğul olduqlarını bildirən qadınlar idmanın daha yaxşı fiziki və psixi forma qazanmağa, daha sağlam və çevik olmağa təsir göstərdiyini bildiriblər.

Procter&Gamble şirkətinin Always brendi bütün dünyada aktual olan bu problemi – qız uşaqlarının idmanı yetkinlik yaşına çatdıqda tərk etməsi problemini Azərbaycanda da diqqətə gətirərək #oyunadavam kampaniyasına başlayıb. Kampaniyanın məqsədi yetkinlik yaşına çatan qız uşaqlarını idmanı atmamağa çağırmaqdır. Qızları #oyunadavam etməyə kampaniyanın səfiri cüdoçu, Tokio Paralimpiya oyunlarının qızıl medalçısı Şahanə Hacıyeva həvəsləndirir. “İdman mənim üçün təkcə məşğuliyyət yox, həm də özümə güvəndir. Heç zaman səhhətimdə baş verən dəyişikliklərin, həyatımdakı yeniliklərin məni bu özgüvənimdən ayırmasına izn verməmişəm, əksinə idmanla dəyişik və yeniliklərdə özümü daha inamlı hiss etmişəm” – çempion xanım idmançı deyir.

Kampaniya müddətində Always brendinin məhsullarını alan hər kəs Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə dəstək vermiş və bununla da #oyunadam edən idmançılarımızın beynəlxalq, və yerli oyunlarda iştirakına kömək etmiş olacaq.

Qeyd edək ki, Always brendiyeniyetmə məktəbli qızlar arasında 1999-cu ildə başladığı maarifləndirici proqramı indiyədək davam etdirir. Bu müddətdə maarifləndirmə proqramına 700 mindən artıq yeniyetmə qız cəlb olunub.

Procter&Gamble (P&>) haqqında

P&> öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide® , Ariel®, Head&Shoulders® , Always®, Pantene® , Fairy® , Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P& G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&> şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.

Teqlər: