Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə
birgə təhsil ala biləcək.
AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında “Sağlamlıq imkanları məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlara
dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliklərə əsasən, təhsil müəssisəsinin tipləri və növləri
konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə
uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik,
bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşması
istiqamətində sağlam şəxslərlə birgə təhsil almaqları üçün xüsusi
şərait yaradılacaq.
Dəyişikliklər səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul
edilib.