Sağlamlıq imkanları məhdud bir qrup uşağın Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib (FOTO)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü
ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən sağlamlıq
imkanları məhdud bir qrup uşağın Heydər Əliyev Mərkəzinə
ekskursiyası təşkil edilib.

Uşaqlara Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə yaxından
tanış olmaq imkanı yaradılıb. Onlar Ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video-foto
arxiv, sənədlər, müxtəlif eksponatlarla tanış olublar.

Eksursiya çərçivəsində uşaqlar Mərkəzdə Azərbaycanın qədim
tarixə, mədəniyyətə malik olduğunu əks etdirən sərgi ilə də tanış
edilib.

Teqlər: