“Sağlam həyat” günlərinə start verildi (FOTO)

6 Aprel – Beynəlxalq İdman Günü münasibətilə Gənclər və İdman
Nazirliyi “Sağlam həyat” günlərinə start verib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, aprelin 6-dan 10-dək
Dənizkənarı Milli Parkda (Bakı bulvarı) təşkil edilən tədbirdə hər
kəs iştirak edə bilər. Tədbirə qoşulanlar öz yaş qrupları üzrə
idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınaya
bilərlər.

Sınaqlar aşağıdakı 11 yaş qrupları üzrə təşkil edilir: 6-8 yaş,
9-10 yaş, 11-12 yaş, 13-15 yaş, 16-17 yaş, 18-29 yaş, 30-39 yaş,
40-49 yaş, 50-59 yaş, 60-69 yaş, 70+ yaş.

İdman normativləri aşağıdakı proqramlar üzrə aparılır: qaçış,
yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik, top atma,
dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin
möhkəmləndirilməsi (“jim” və “press”).

İştirak etmək üçün öncədən qeydiyyata ehtiyac yoxdur.
Normativləri yerinə yetriən bütün iştirakçılara setrifikatlar
təqdim edilir.

İlk gün 700-dən çox vətəndaş normativləri yerinə yetirərək
sertifikat alıb.

Qeyd edək ki, İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü idman
təqvimində yeni tarixdir. 2013-cü il avqustun 23-də BMT-nin Baş
Məclisi aprelin 6-nı Beynəlxalq İdman Günü kimi qeyd etməyi
yekdilliklə qərara alıb.

Teqlər: