Sağlam bir həyat üçün bədəninizi vitaminsiz qoymayın!

Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.

İmmunitet zəifləməsinin əsas əlamətləri. Bir çox insan immunitetin zəifləməsinin ilkin əlamətinin nələr olduğunu bilmir. Onlar yalnız infeksiyalara qarşı dözümsüzlüyü immunitetin zəifləməsi olaraq qəbul edirlər. Halbuki bu immunitetin zəifləməsinin nəticəsi və fəsadıdır. İlkin əlamətlər, hansilar ki, bizə siqnal olaraq immunitetin zəifləməsindən xəbər verir, çox vaxt diqqətdən qaçır. Əslində ilkin əlamətlərin təzahürü zamanı immuniteti bərpa etməyə, gücləndirməyə başlasaq daha düzgün və səmərəli olar.

Bəs immunitetin zəifləməsinin ilkin əlamətləri hansılardır? Tez yorulma, diqqət defisiti, yuxululuq, halsızlıq, əzələ ağrıları, dərinin quruması və qabıqlanması, tez özündən çıxma, qıcıqlanma və əsəbilik halları, orqanizmdə olan yatmış herpes virusunun aktivləşməsi, xəstəliklərin uzun müddət davam etməsi və xroniki hala keçməsi immunitetin azalmasının ilkin əlamətlərindəndir.

Təbii yolla immuniteti necə artırmaq olar? Orqanizmin müxtəlif və dəyişən infeksiyalara, xüsusilə virus hücumlarına qarşı dözümlülüyünü təmin etmək, müqavimətini artırmaq üçün ən əsas yol, balanslaşdırılmış, vitamin və minerallarla zəngin olan sağlam qidaların qəbuludur. Düzgün qidalanma zamanı qidaların hazırlanmasında rafinə olunmamış bitki yağları və heyvan mənşəli yağlardan istifadə olunmalıdır. Bunlarla yanaşı mütləq qaydada yuxu rejimi və müddətinə, həmçinin qidalanma rejiminə riayət etmək, artıq qida qəbul etməmək çox vacibdir. Qidanın normadan artıq qəbul olunması orqanizmin tullantı maddələri, şlaklarla yüklənməsi ilə nəticələnir ki, bu da immunitetin zəifləməsinə səbəb olur. Təəssüflə olsa da qeyd etməliyik ki, indiki ekoloji durumla əlaqədar təbii ərzaqlarda orqanizmə lazım olan vitaminlərin heç də hamısı mövcud deyildir. Bu səbəbdən düzgün qidalanma ilə yanaşı, balanslaşmış qidalanma prinsipinə riayət etmək üçün mütləq qaydada əlavə olaraq vitamin və minerallar qəbul edilməlidir. Əksər hallarda zəif immunitet orqanizmdə vitamin və mineralların miqdarının az olması ilə əlaqədardır.

Hansı vitaminlər immuniteti gücləndirir? C vitaminin immuniteti artırması haqqında hami eşidib. Lakin böyük bir vitamin qrupu vardır ki, immunitetin artırılmasında müstəsna rol oynayır. Amma nədənsə onları çox zaman unuduruq. Bu B qrup vitaminləridir. B qrup vitaminlərə – tiamin (B1), riboflavin (B2), niasin (B3), pantoten turşusu (B5), piridoksin (B6), biotin (B7), fol turşusu (B9), kobalamin (B12) daxildir. B qrup vitaminlərinin bir hissəsi orqanizmdə bağırsaq mikroflorası tərəfindən sintez olunur, bir hissəsini isə biz kənardan qida vasitəsilə əldə edirik. İnsanın mədə-bağırsaq sistemində xəstəlikləri (eroziyalarında, xoralarında), bağırsaqda disbakterioz varsa, belə insanlarda B qrup vitaminlərin sintezi və sorulması pozulur və vitamin defisiti yaranır. B qrup vitaminlərn immunitetin yaranmasının müxtəlif mərhələrində orqanizmdə gedən prosesləri tənzimləyir və sürətləndirirlər. Onlardan hər hansı birinin çatışmamzlı zamanı immunitet tam formalaşmır və insan infeksiyalara qarşı həssas və dözümsüz olur.

Nə üçün B vitaminləri kompleks halında istifadə olunmalıdır? B qrup vitaminləri oxşar kimyəvi quruluşa malik olmaqla yanaşı, əsasən eyni qida mənbələrində rast gəlinirlər. Bu səbəbdən hər-hansı bir B qrup vitaminin defisiti zamanı digərlərinin də çatışmazlığına rast gəlinir.

B qrup vitaminlərə ehtiyac nədən yaranır və onları necə əldə etməli? Xüsusilə mövsüm dəyişikliyi zamanı, pəhrizlər zamanı, fiziki və zehni fəaliyyət zamanı, intensiv böyümə halları – yeniyetməlik, hamiləlik zamanı, infeksion xəstəliklərin yayıldığı və artığı dövrlərdə B qrup vitaminlərinə tələbat artır. Artan tələbatı ödəmək üçün B kompleks vitamin tərkibli preparatlar qəbul edilməlidir.

B qrup vitamninlər haqda daha nələri bilməliyik? B qrup vitaminləri suda həllolan vitamin olduğundan, onlar orqanizmdə depolanmır, yəni toplanmır. Bu səbəbdən də gündəlik qəbul olunmalıdır. B qrup vitaminləri immuniteti artırmaqla yanaşı bir çox həyatı vacib funksiya, orqan və sistemlərin fəaliyyətini də təmin edir. Belə ki, siniz sisteminin fəaliyyətini tənzimləyir, ağrıkəsici təsir göstərir, qan azlığını aradan qaldırır, maddələr mübadiləsini normallaşdırır, qaraciyər xəstəlikləri zamanı qaraciyərin bərpasını təmin edir, dəri və saçların görünüşünü, keyfiyyətini yaxşılaşdırır, xəstəliklərin xroniki hala keçməsinin qarşısını alır.


Bu məqsədlə tərkibində B qrup vitaminlər olan preparatlardan mütəmadi olaraq istifadə olunması tövsiyyə edilir. Apteklərdə bu qruplara aid çoxlu sayda preparat vardır. Lakin heç bir vasitəni həkim təyinatı olmadan qəbul etmək olmaz. Həkiminiz sizin orqanizminizə, yaş qrupuna, yanaşı xəstəliklərə və şikayətlərə əsasən sizə uyğun olan preparatı tövsiyə edəcəkdir.

Unutmayın, bizim psixi stabilliyimiz fiziki sağlamlığımızdan asılıdır. B qrup vitaminləri isə hər iki sferanı tənzimləyir.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.

Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.

Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
aptekonline.az
onlineaptek.az
Çatdırılma Pulsuzdur!

Teqlər: