Xəbər - İlhamə İsabalayeva – Trend:
Dövlətimizə təşəkkür edirik ki, bizim qayğımıza qalaraq, vaksinasiyanı təşkil edir, biz də ondan yararlanırıq.
Bunu AzerTimes-a Xətai rayon 25 saylı məktəbin müəllimi Məmmədova Aygün deyib.
Onun sözlərinə görə, bu gün vaksinin ilk dozasını vurdurub. Aprelin 1-də isə peyvəndin ikinci dozasını vurduracaq:
“Çox şükür ki, vaksinasiya olundum. Özümü çox yaxşı hiss edirəm. Vaksinasiyanın əhəmiyyəti barədə artıq yetərli qədər məlumat var. Lakin onu bildirmək istəyirəm ki, biz cəmiyyətin fəal üzvü olduğumuz, şagirdlərlə təmasda olduğumuz üçün vaksinasiyanın edilməsi bizim üçün mütləq idi”.
Qeyd edək ki, təhsil işçiləri martın 3-dən başlayan vaksinasiya prosesində fəal iştirak edirlər.
Vaksinasiya prosesinə paytaxt üzrə ilkin olaraq yaşı 50 və daha yuxarı olan 20 000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur.