Şagirdlərin zəhərlənməsinə etiraz edən müəllim həbs edildi

Şagirdlərin zəhərlənməsinə etiraz edən müəllim həbs edildi

Bir müddət əvvəl İranın müxtəlif şəhərlərinin məktəblərində şagirdlərin kütləvi zəhərlənməsinə etiraz edən fəal və müəllim Məhəmməd Həbibi həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə İran Təhsil İçiləri Həmkarlar ittifaqı məlumat yayıb.

Ölkənin İnqilab Məhkəməsi Həbibini 6 ay 1 gün azadlıqdan məhrum edib.

Xatırladaq ki, Məhəmməd Həbibi sinfi fəaliyyətlərinə görə məhkum edildiyi bir neçə illik həbs müddətini yenicə başa vurmuş və sərbəst buraxılmışdı.

Teqlər: