Tərtər. Çingiz Səfərli – Trend:
Şagirdlərin dərsə davamiyyəti qənaətbəxşdir.
Bunu AzerTimes-a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.
Onun sözlərinə görə, indiki vəziyyətlə pandemiya dönəmindən əvvəlki zamanla müqayisədə elə ciddi dəyişiklik hiss olunmur
“Hər gün mütəmadi olaraq ölkə ərazisində fəaliyyət göstərən məktəblərdə şagird davamiyyəti barədə məlumatlar toplanılır. Bu sahədə hər hansı ciddi problem müşahidə olunmur”.
O.Abbasov onu da bildirib ki, pandemiya şəraitində tədrisin təşkili ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı icra olunur:
“Məktəblərdə tədrisin təşkili həmin qaydalar əsasında keçirilir. Məktəblərdə mütəmadi şəkildə dezinfeksiya işləri görülür. Şagird və müəllimlərin hərarəti gündəlik yoxlanılır. Hər hansı şübhəli məqam olduğu təqdirdə sanitar-epidemioloji qurumlar tərəfindən yerində yoxlanış keçirilir və məsələ aktlaşdırılır. Qərarın nəticəsindən asılı olaraq məktəb barədə qərar verilir”.