Şagirdlərdən mobil telefonlar götürüləcək? – Təhsil nazirindən açıqlama

Xəbər - Elçin Mehdiyev – Trend:

Şagirdlərdən mobil telefonların yığılması məktəb daxili
qaydalarla tənzimlənir.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev
jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bunun mərkəzləşmiş bir qərarla
tənzimlənməsini düzgün deyil. “Telefon müəyyən mənada şagirdə
lazımdır. Valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs
prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada
müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və
icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm”, – deyə nazir
qeyd edib.

Teqlər: