Bakı şəhəri 44 və 82 saylı orta məktəblərin şagirdləri
Azərbaycan Dillər Universitetində (ADU) ekskursiyada olublar.
Şagirdlər Heydər Əliyev Lektoriyasında ADU-nun rektoru, akademik
Kamal Abdulla ilə görüşüb, universitetlə yaxından tanış
olublar.
Şagirdlərə məlumat verilib ki, Azərbaycan Dillər Universitetində
20-dən artıq xarici dil tədris olunur. ADU-nun zəngin kitabxanası
var, tələbələrin elektron resurslardan istifadəsi üçün əlverişli
şərait mövcuddur.
Görüşdə müəllim-tələbə mübadiləsindən danışılıb. Şagirdlər
universitetin müxtəlif qurumlarında, o cümlədən, Multikulturalizm
Mərkəzi, Rusiyaşünaslıq Mərkəzi, Bakı Amerika Mərkəzi, Konfutsi
İnstitutu, Avstriya kitabxanası və s. olublar.