Orenburqda keçirilən turnirdə şagirdini döyən məşqçi ömürlük cəza alıb.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Güləş Federasiyasının prezidenti, Rusiya Güləş Federasiyasının vitse-prezidenti Ömər Murtuzəliyev məlumat verib
“Məşqçi ömürlük diskvalifikasiya olunub. Törədilən hərəkət qeyri-insani idi. Bu, özəl klub məşqçisidir. Dağıstanın idman nazirinə məktub yazdım. O, bir daha idman zallarında belə halların görünməməsi üçün tədbirlər görəcək”, – funksioner bildirib.
Xatırladaq ki, tələbəsini döyən məşqçinin Alaudin Atayev olduğu üzə çıxıb. O, yarışda uduzduqdan sonra uşağı vəhşicəsinə döyüb. İşin araşdırılmasına hüquq-mühafizə orqanları da cəlb olunub.
Qeyd edək ki, yeniyetmənin əynində “AZE” loqolu köynək diqqət çəkmiş, onun azərbaycanlı olduğu düşünülmüşdü.