Şagirdə şillə vuran müəllimə görə hay-küy qopur

Şagirdə şillə vuran müəllimə görə hay-küy qopur

“Təhsil haqqında” qanun qəbul edirik, amma təhsili düzəldə bilmirik.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, orta məktəbdə ibtidai sinifdə oxuyan nəvələrinin çantasını götürə bilmir:

“Bu məsələ dəfələrlə qaldırılıb. Orta məktəbdə azyaşlı şagirdlərin çantaları belə ağır olmamalıdır”.

Deputat qeyd edib ki, indi müəllimlərin üzərinə çox düşmüşük:

“Əslində bu maaşla uşaqlarımıza dərs deyən müəllimlər qəhrəmandır. Müəllimləri müəllimlikdən qovublar. Mən də zorakılığın əleyhinəyəm. Kişi müəllimləri məktəbdən qovmaq, çıxarmaq olmaz. 30 il iş ştajı olan müəllimləri işdən çıxarırlar. Müəllimləri belə ucuzlaşdırmaq olmaz axı. Elə bilirlər ki, müəllimə hər şey demək olar…”

Aqil Abbas qeyd edib ki, keşmişdə pis oxuyan nadinc şagirdləri məktəbdən qovardılar və onlar üçün ayrıca məktəb olardı:

“Ağdamda 5 nömrəli məktəb belələrindən idi. Amma onlar elə tərbiyə alırdı ki, sonradan onların içindən alimlər də, polis rəisləri də çıxdı. İndi şagirdlər müəllimin başına çıxır. Qadın müəllimə onu təhqir edən şagirdə şillə vurur, buna görə hay-küy qopur”.

Teqlər: